28 C
Baku
Tuesday, April 30, 2024

Tramp və Kim arasında baş tutmuş sammitdən sonra 5 dövlət məmuru edam olunub

Hanoy şəhərində ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında baş tutmuş ikinci sammitdən sonra 5 dövlət məmuru, eləcə də KXDR-in ABŞ məsələləri üzrə xüsusi nümayəndəsi Kim Hyek Çxol edam olunub.

Bu barədə “Bloomberg” Cənubi Koreyanın “Chosun Ilbo” qəzetinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Pxenyanın tətbiq etdiyi bu ən ağır cəzanın verilməsinə səbəb ikinci sammitdə Donald Tramp və Kim Çen In arasında razılıq əldə olunmaması, sammitin uğursuz təşkil edilməsidir. Eyni zamanda bildirilir ki, Kim Çen Inın birinci köməkçisi Kim Yon Çxol uğursuz sammitdən sonra ağır islah əmək işləri ilə cəzalandırılıb.

©Ona

Son xəbərlər
 ⁠
Digər xəbərlər