Sədr xəzinədəki qalığın dövlət borcunun ödənilməsinə yönəltməyi təklif edir

Hesablama Palatası vahid xəzinə hesabında olan qalıq vəsaiti dövlət borcunun ödənilməsinə yönəltməyi təklif edir.

“2018-ci ilin yekunları üzrə Azərbaycanın dövlət büdcəsinin kəsiri proqnozlaşdırılan göstəricidən 4,3 dəfə az təşkil edib. Nəticədə, vahid xəzinə hesabında olan qalıq vəsait büdcə gəlirlərinin 7,3%-ni təşkil edib. Hesabalama Palatası bu vəsaiti ölkənin vəsaiti dövlət borcunun ödənilməsinə yönəltməyi təklif edir”, – Hesablama Palatasının sədri Vüqar Gülməmmədov cümə günü parlamentdə 2018-ci il ərzində dövlət büdcəsinin icrası haqqında qanunun müzakirəsi zamanı bildirib.

1 yanvar 2019-cu il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 496,2 mln. manat və ya ÜDM-in 20,7%-i səviyyəsində qiymətləndirilir. Beləliklə, 2018-ci ildə dövlət borcunun həcmi 3% azalıb.

Hesablama Palatasının məlumatına görə, 1 yanvar 2019-cu il tarixinə xəzinə hesabında olan sərbəst qalıq vəsaitin məbləği 872 mln. 350,4 min manat təşkil edib. Bu vəsaitlərin 300,9 mln. manatı ARDNF-in, 39 mln. 234,3 min manatı Azərbaycan Beynəlxalq Bankının idarəçiliyinə verilib, qalan 532 mln. 216,1 min manat isə cari və valyuta xəzinə hesablarında yerləşdirirlib.

İnterfax Azərbaycan

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər