10 C
Baku
Sunday, December 22, 2024

Araz Ağalarov kimdir?

Ağalarov Araz İsgəndər oğlu — iqtisad elmləri doktoru. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti.

Həyatı

Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olmuşdur.

1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvayagedərək aspiranturaya daxil olub. 1977-1983-cu illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983-1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub.

Ümum ittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub.

Fəaliyyəti

Aras Agalarov
Araz Ağalarov və Dmitri Medvedyev /Banker.az

1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə Comtech adlanan kompüter texnologiyaları sərgisi təşkil edib. Artıq 5 il sonra onun sərgisi Comdex (Las-Veqas) və Cebit (Hannover) sərgilərindən sonra statusuna görə dünyada III yeri tutub.

Beləliklə, RF-də müxtəlif sayələrə dair beynəlxalq sərgilər üzrə yeganə böyük operator olub. Bundan başqa, 1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazası açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan “Ağalarov evi”nin tikintisini başa çatdırıb. Yenə həmin il Rusiyada 66 min kvadratmetr sahasi olan ilk hipermarketi tikib.

Dünyada analoqu olmayan bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır. 2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan “Krokus siti” şəhərciyinin tikintisinə başlayıb. Ticarət, əyləncə, biznes və sərgi meydançalarının vahid kompleksdə birləşdiyi “Krokus siti” son onilliyin ən irimiqyasli və maraqlı layihələrindən sayılır.

Araz Ağalarov iqtisad elmləri doktorudur. “Krokus intenəşnl” Şirkətlər Qrupunun prezidenti, “Krokus-Bank” idarə heyətinin sədri, Rusiya istehsalçilar və idxalçilar ittifaqının prezidenti, Moskva Beynəlxalq Bizness Assosiasiyasının və “Opora Rossii” ictimai təşkilatının vitse-prezidenti, “Biznes i vıstavkı” jurnalının baş redaktorudur.

Araz Ağalarovun sərgilərin təşkili və keçirilməsində böyük səriştəsi var. 1985-ci ildə kooperativ hərəkatı başladıqda ÜİHİMŞ-dakı vəzifəsindən imtina edərək kiçik bir müəssisə açıb. Hələ 1990-cı ilə qədər moskvalı biznesmenlər kompüter arxasınca Honkonqa, Sinqapura, Tayvana, bəzən də Amerikaya gedirdilər.

Tədarükçüləri kompüter sərgilərinin keçirildiyi yerlər maraqlandırırdı. Araz Ağalarov düşünürdü ki, bəs Rusiyada niyə belə sərgilər keçirilməsin, onun yaratdığı müəssisə məhz bu işlərlə məşğul olmağa başladı və 1990-cı ildə Rusiyada kompüter texnologiyaları üzrə ilk sərgini təşkil etdi. Sərgi “Comtech” adlanırdı.

1995-ci ildə onun sərgiləri Las-Veqasda Comdex və Hannoverdə keçirilən Cebit sərgilərindən sonra dünyada statusuna görə üçüncülük qazandı. Araz Ağalarov sonralar “Comtech”dəki payını bir ingilis şirkətinə sataraq “Krokus Siti” layihəsini həyata keçirməyə başladı.

1991-ci ildə Araz Ağalarov Stoleşnikov döngəsi ilə Petrovkanın kəsişdiyi yerdə ilk eksklüziv ayaqqabı mağazası açdı. Bu, o vaxtlar çox məşhur mağaza idi.

1995-ci ildə Araz Ağalarov yaşayış evi tikmək fikrinə düşür və Moskvanın ən bahalı və elit evi sayılan “Ağalarov evi”nin tikintisini başa çatdırır. Onun 1997-ci ildə Moskva dairəvi avtomobil yolu (MKAD) ilə Kaşirsk şosesinin kəsişdiyi yerdə tikdirdiyi ilk hipermarketin də dünyada tayı-bərabəri yoxdur. Çünki orada eyni vaxtda 400 min adda mallar satılır.

Diqqətçəkən cəhətlərdən biri də odur ki, Araz Ağalarov “Krokus siti”yə daxil olan ilk obyektlərini ya keçmiş çirkab çalaları olan yerdə, ya da bataqlıqda tikdirib. “Sənin evin” ticarət mərkəzini tikən zaman ilk traktor əraziyə girərkən bataqlıqda batmışdı. Sonradan onu qaldırıcı kranla çəkib çıxardılar. Bu bataqlıqları qurutmaq üçün orada drenaj quruldu, əraziyə çoxlu çınqıl və qum töküldü.

Araz Ağalarov vitse-prezidenti olduğu Ümumrusiya Azərbaycan Konqresi Rusiyadakı azərbaycanlıların ən böyük və nüfuzlu təşkilatıdır. Bu gün ÜAK Rusiya və Azərbaycan arasında ticari-iqtisadi, mədəni və digər əlaqələrin inkişafı və möhkəmləndirilməsinə, birgə iri iqtisadi və sosial layihələrin gerçəkləşməsinə yardım göstərir, mövcud problemləri həll etmək, maneələri aradan qaldırmaq istiqamətində geniş tədbirlər həyata keçirir.

Şəxsən Araz Ağalarovun bu sahədə xidmətləri əvəzsizdir. O, kompaniyası ərazisində yerləşdiyi Krasnoqorski rayonunun uşaq evlərinə kömək göstərir və xeyriyyə aksiyalarında iştirak edir. O, istedadlı azərbaycanlıların xaricdə təhsil almasına köməklik göstərməyi də özünə borc bilir.

Araz Ağalarov 50-dən çox elmi işin, “Rossiya na puti k rınku” monoqrafiyasının müəllifi, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının üzvüdür. 2012-ci ildə Forbes jurnalının Rusiyanın “daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutur. Onun rəhbərlik etdiyi “Crocus” şirkətinin daşınmaz əmlak icarəsindən gəlirləri 2011-ci ildə 700 mln. dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər