17 C
Baku
Sunday, May 5, 2024

Makron Brexit haqqında: “Ləngitmə – böyük səhvdir”

Brexit 2019-cu ilin 31 oktyabr tarixi üçün planlaşdırılıb.

Fransanın prezidenti Emmanuel Macron bildirib ki, oktyabrın 31-i İngiltərənin Avropa İttifaqını tərk etməsi üçün “son tarixdir”.

Banker.az xəbər verir ki, “Hesab edirəm ki, ləngitmə – böyük səhvdir”, – deyə Emmanuel Macron Parisdə keçirilən beynəlxalq valyuta konfransının iştirakçılarına bildirib. Düşünürəm ki, bu son tarixdir, çünki yeni komissiyanın köhnə məsələ ilə məşğul olmağa davam etməsini istəmirəm”.

Bildiyimiz kimi, 2019-cu ilin aprelində Brexit məsələsi bir daha təxirə salınıb.

“Brexit məsələsini yalnız Britaniya hökuməti həll edə bilər”, – Macron əlavə edir.

Mayın 24-də İngiltərənin baş naziri Tereza Mey istefaya getdiyini elan edib, beləliklə, Brexit məsələsi bir daha təxirə salınmış oldu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər