“Bakı Fond Birjası”nın sədri vəzifəsindən azad olundu

3 iyun 2019-cu il tarixində “Bakı Fond Birjası” (BFB) QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

İclasda BFB-nin 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənmiş, müddəti bitdiyi üçün yeni Audit Komitəsi formalaşdırılmış, eləcədə gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi ətrafında müzakirələr aparıldıqdan sonra təsdiq edilmişdir.

Ümumi yığıncaqda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti sədri Vüqar Namazovun digər işə keçməsi ilə əlaqədar müraciətinə əsasən vəzifəsindən azad olunmuş və “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifələrinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunmuşdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər