İnsan həyatı birbaşa olaraq həyat məmnunluğu ilə bağlıdır. Bu məmnunluq hissi olmadan həyat xoşbəxtlik bəxş etməyəcək və hətta öz mənasını belə itirəcək. Lakin həyatdan hansı məmnunluqları aldığımız və cəmiyyət piramidasında bizdən kimlərin yüksəkdə durduğu barədə düşünmək lazımdır. Məmnunluğun iki istiqaməti var və cəmiyyətin onun əsasında dövri olaraq inkişaf edir. Cəmiyyətdə tətbiq edilən istiqamətlərdən birincisi materializm fəlsəfəsidir. Daha doğrusu mənəviyyatın olmamasıdır. Həyata bu cür baxış növündə insanlar yalnız maddi olanları qiymətləndirirlər. Bu zaman hər hansısa mənəvi prinsiplər ikinci plana keçir, daha sonradan unudulur, rədd edilir, dəyərsizləşdirilir və ələ salınır. İnsan bir heyvana bənzəməyə başlayır. Qapalı heç bir şey qalmır və belə desək hər bir dəyər ucuşlaşdırılır.
Lakin insanlar bizim beynimiz və bədənimizin təbiətin bəxş etdiyindən artığını ala bilməyəcəyini başa düşmürlər. Buna görə də dəbdəbəli həyat, maksimum rahatlıq və məmnunluğun bütün növləri insanı xoşbəxt və məmnun etmir. Hətta insan çox zəngin olduğu halda belə çoxsaylı mənfi emosiyaların ətrafında ola bilər. Biz insan təbiəti haqqında bütün məlumatlara sahib deyilik. Nəyəsə nail olduqda təsəvvür etdiyimiz məmnunluq hissi duymuruq. Materializm fəlsəfəsini qəbul etmiş insan bilir ki, geriyə yol yoxdur. Bu hər hansı bir təriqətə qoşulmaq və sədaqət andı içməyə bənzəyir.
Həyatdan məmnunluğun digər növü isə özünü intizam və mənəviyyat üzərində qurulub. Hər şey zamanla öz mənasını itirməyə başlayır. Sahib olduqlarımızı dəyərləndirməməyə başlayırıq. Özünü daim intizamlı olmağa dəvət edən insan adi şeylərdən belə xoşbəxt olmağı bacarmaq qabiliyyətini inkişaf etdirir. O sahib olduğu hər şeyi qiymətləndirməyi öyrənir. Müəyyən mənəvi dəyərlərə sahib olmaqla insan həyatdan, ətrafındakı ən adi şeylərdən belə xoşbəxt olmağı bacarır.
Mənəviyyatın əsas kökü ideologiya və mənəvi dəyərlərdədir. Bizim dövrümüzdə mənəvi dəyərlər demək olar ki, məhz olmaq üzrədir. Bunu bir çox dünya ölkələrinə aid etmək olar. Cəmiyyətin parçalanması böyük sürətlə davam edir. Ölkələr cinayətkarlıq, qətl, psixoloji xəstəlik, narkomaniya kimi problemlərlə qarşı-qarşıyadır. Biz yaşadığımız cəmiyyətə və özümüzə təsir edə bilərik. Hər şey özümüzdən asılıdır. Yalnızca inkişaf etmiş ideologiya bəşəriyyəti qlobal və təhlükəli özünüməhvdən xilas edə bilər.