ABŞ prezidenti Donald Tramp, G20 (“Böyük iyirmilik”) təşkilatının sammitindən sonra yeni idxal tariflərinə dair qərar verəcəyini söyləyib.
Banker.az xəbər verir ki, “Bu qərarı iki həftə ərzində, bəlkə də G20 sammitindən sonra qəbul edəcəyəm”, – deyə Donald Tramp Fransa prezidenti Emmanuel Makron ilə görüşdə bildirib.
“ÇXR-in sədri ilə görüşəcəyəm və bundan sonra nə edəcəyimizə dair qərar verəcəyik. Çox güman ki, G20 sammitindən sonra”, – prezident dəqiqləşdirib.
G20 sammiti Yaponiyanın Osaka şəhərində, iyun ayının 28-29-u keçiriləcək.
Xatırladaq ki, ABŞ və ÇXR arasındakı ticarət danışıqları heç bir nəticə vermədiyi üçün, Donald Tramp idxal tariflərini 10%-dan 25%-a qədər artırmışdır.