14 C
Baku
Monday, May 6, 2024

Trampın taktikası işləyir: Meksika tarif faciəsindən qurtulmağa çalışır

Donald Tramp administrasiyası Meksikaya qarşı idxal tariflərinin tətbiqini təxirə salmağı düşünür. Qeyd edək ki, yeni tarixlər iyun ayının 10-da qüvvəyə minməlidir.

Banker.az bu haqda Bloomberg- ə istinadən xəbər verir.

İddiaya görə, Meksika tərəfi danışıqlara ciddi yanaşıb və tələbləri yerinə yetirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Tramp Meksikadan gətirilən mallara 5%-lik tariflər tətbiq etməyi vəd etmişdir, bu isə ildə 250 milyard dollar təşkil edir.

Hal-hazırda pozitiv reaksiya müşahidə olunur. Sərmayəçilər pozitiv momentlər axtarışındadır.

Amerikan indeksləri 0,5% artıb.

Neft qiymətləri 62 dollardan yüksəlib.

Meksikanın xarici işlər naziri Marselo Ebrard qeyd edib ki, ABŞ tərəfi ilə heç bir razılığa gəlinməyib. Meksika miqrasiyaya qarşı mübarizə aparmaq məqsədilə ABŞ-ın cənub sərhədinə 6 min hərbçi göndərməyi təklif edib.

Deyəsən, Trampın taktikası aqressiv olsa da işləyir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər