Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 341 638,5 min manat vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 583,7 min manat və yaxud 14,6% çoxdur.
DGK-dən Banker.az-a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 11 680,5 min manat və ya 15,07% artaraq 89 138,3 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26 785,3 min manat və ya 13,3% artaraq 228 733,8 min manat, aksizlər 4 638,1 min manat və ya 29,9% artaraq 20 141,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 479,8 min manata və ya 15,2% artaraq 3 625,3 min manat təşkil edib.