“Ukrayna prezident administrasiyasının başçısının müavini Sergey Trofimov deyib ki, ölkə başçısı Vladimir Zelenski gündə 15 saat işləyir”.
O, bu haqda “Ukrayna həqiqəti” qəzetinə deyib.
Onun sözlərinə görə, Zelenski bütün əməkdaşlardan öncə işə gəlir və yalnız 22:00-dan sonra işdən gedir.
“Onun bizim hamımız ilə müqayisədə sərt qrafiki var”, – deyə Trofimov deyib.
O, həmçinin bildirib ki, prezidentdən başqa, işə daha tez gələn Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdandır.
Daha əvvəl deyilirdi ki, Zelenskinin komandası “Krımın qaytarılması” strategiyası üzərində işləyir.
©Facemark