Heç də bütün səyahətçilər xarici ölkədə olarkən bank kartlarından istifadə etmir. Bir çoxları köhnə adətlərə sadiq qalaraq pulu nağd olaraq aparmağa üstünlük verir. Lakin çemodan və ya corabınızda gizlətdiyiniz pulları tapmaq gömrük işçisi üçün çətin olmayacaq. İri həcmli məbləğin qanunsuz yolla aparılması ciddi cərimələrə və hətta həbs cəzası ilə nəticələnə bilər. Aşağıda sizə müxtəlif ölkələrə pul vəsaitlərinin doğru aparılması qaydalarını təqdim edirik:
Ümumi qaydalar belədir: siz planetin istənilən nöqtəsinə özünüz ilə pul apara bilərsiniz. Lakin bu məbləğ iri həcmlidirsə (orta hədlə limit 10 000 dollardır) sərhədi keçərkən bəyannaməni tam olaraq doldurmalıdırlar. Vəsaitlər sayılarkən tək nağd vəsaitlər deyil, yol çekləri, qiymətli kağızlar, veksellər, bank çekləri də sayılır. Bundan sonra isə “qırmızı dəhlizdən” keçməli olacaqsınız. Bəzi ölkələrdə deklarasiyasız aparılan məbləğin həcmi fərqlənir.
€500
Ölkə: Şimali Kipr.
Pulların keçirilməsi üçün qoyulmuş ən aşağı səviyyəli limit Kiprin daxili sərhədindədir. Kiprə özünüzlə birgə yalnızca 500 avro keçirə bilərsiniz.
$5000
Ölkələr: Kuba, Çin, Türkiyə.
$7000
Ölkə: Vyetnam.
$10 000
Bir çox ölkələrdə məhz bu məbləğə icazə verilir. Lakin burada valyutaların fərqi var. Ondan sonra deklarasiya tələb edilir.
Ölkələr: Rusiya ($), ABŞ ($), Malayziya ($), Misir ($), Şri-lanka ($), Hindistan ($), Kanada (Kanada $-ı.), Avstraliya (Avs. $-ı), Aİ ölkələri (€).
$20 000
Ölkə: Tayland.
Məhdudiyyətlərsiz
Ölkə: BƏƏ
Cərimələr:
Qaydalara riayət etməməklə cərimələrə və hətta həbsə məruz qala bilərsiniz. Məsələn, Almaniyada qaçaqmalçı turist 1 milyon avro ödəməlidir. Əlcəzairdə isə daha ciddi təbirlərlə, həbs cəzasına məruz qala bilər. Vətəndaşlarımızın daha çox səfər etdiyi Rusiyada isə cərimə məbləği 1000-2500 rubl təşkil edəcək.