“Bakı Avrasiya” ASC araşdırma şirkətini məhkəməyə verib.
Banker.az saytına daxil olan məlumata əsasən, Bank 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Qlobal Marketinq Qrup” MMC-yə qarşı pul tələbi iddiası irəli sürüb.
Tam olaraq hansı məbləğə görə bu iddianın baş tutması bilinmir.
Bildirək ki, “Qlobal Marketinq Qrup” 2007-ci ildən ölkə bazarında fəaliyyət göstərir.