9 C
Baku
Thursday, December 12, 2024

Ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinə yeni sədr seçilib

Şahin Əhmədov ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinə yeni sədr seçilib.

Report Agentliyinin məlumatına görə, bu gün “Bank Standard”ın Kreditorlar Komitəsinin yeni tərkibi müəyyənləşdirilib.

İclasda Kreditror Komitəsinin sədri Əkrəm Həsənov istefasını elan edib və bundan sonra Komitənin yeni tərkibi formalaşdırılıb. Komitənin üzvlərin sayı 2 dəfədən çox artaraq 27-dən 60-a çatdırılıb. 

İclasda iştirak edən kreditorlar Komitəni və onun sabiq sədrini fəaliyyətsizlikdə günahlandırıblar. Onlar bildiriblər ki, bu müddət ərzində Kreditorlar Komitəsi və Əkrəm Həsənovun fəaliyyəti heç bir nəticə verməyib. 

Şahin Əhmədov Bankın fiziki şəxs əmanətçisidir. Ümumilikdə 58 nəfərin iştirak etdiyi səsvermədə Şahin Əhmədovun rəqibi “Azercell Telecom” MMC-nin nümayəndəsi vəkil Oktay Məhərrəmov olub. Seçkilərdə 35 nəfər Şahin Əhmədova, 1 nəfər isə Oktay Məhərrəmova səs verib. Digər üzvlər isə səs verməyib. Bundan əlavə Kreditorlar Komitəsinin katibi vəzifəsinə yalnız bir nəfər -Nailə Təhməzova namizəd olub və 34 səs çoxluğu ilə seçilib.

Komitənin hazırki sədri Əkrəm Həsənov deyib ki, yeni tərkibin legitim olması üçün məhkəmə tərəfindən təsdiqlənməsinə ehtiyac var:

“Hələlik bu tərkib, sədr və katib məhkəmə tərəfindən tanınmalıdır. Bu barədə Bakı Apelyasiya Məhkəməsinə müraciət ediləcək. Hazırki sədr kimi həm mən müraciət edəcəm, həm də Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yeni sədr və katibin tanınması üçün məhkəməyə üz tutacaq. Bakı Apellyasiya Məhkəməsinin işə nə vaxt baxacağını da bilmirik. O vaxta qədər də köhnə tərkib, sədr və katib qüvvədə olacaq”

 

Son xəbərlər
Digər xəbərlər