8 C
Baku
Friday, December 13, 2024

Vaşinqton Pekin ilə ticarət danışıqlarını necə pozdu?

Vaşinqton Çin qanunvericiliyində “yüzlərlə dəyişiklik” etmək tələbi ilə çıxış edir, bu haqda Pekin məlumat verir. ÇXR hökumətinin məsləhətçisinin və Xalq Universitetinin professorunun sözlərinə görə, söhbət ilk növbədə əqli mülkiyyətin qorunmasından gedir. Məhz bu məsələ danışıqların pozulmasına səbəb olub.

Banker.az xəbər verir ki, “South Chine Morning Post” qəzetinin verdiyi məlumata görə, tərəflər arasındakı ziddiyyətlər daha da artmaqdadır, çünki Vaşinqton tələblərinin yerinə yetirilməsini, Pekin isə fəaliyyət azadlığını istəyir.

Professorun sözlərinə görə, Çin yalnız “nisbətən zəif tənzimləmə mexanizmi” ilə razılaşa bilər.

“Mayın əvvəlində Çin hökuməti bildirmişdir ki, pis müqavilə bağlamaqdansa heç bir müqavilə bağlamamaq daha yaxşıdır. Hal-hazırda ÇXR və ABŞ-ın bu barədə fikir ayrılıqları vardır”, – deyə ÇXR-in Dövlət Şurasının məsləhətçisi qeyd edib.

“Tədricən bütün bunlar sıfır nəticəli oyuna çevrilib, tərəflərin heç biri kompromisə getmək istəmir”.

Xatırladaq ki, tərəflər arasında ticarət müharibəsinin başlamasına əsas səbəb ticarət tariflərinin artması olmuşdur.

“ABŞ Çindən qanunlarda dəyişiklərin edilməsini tələb edir. Bir yox, iki yox, bəlkə də yüzlərlə qanunda. Pekin buna razı ola bilməz”, -deyə məsləhətçi əlavə edib.

“Əslində, ticarət müharibəsinin əsas məqsədi aktiv ticarət balansı deyil. Bu – ABŞ-ın mövcud vəziyyəti dəyişdirmək cəhdidir. ÇXR həm daxili, həm də xarici bazarda ABŞ-dan üstündür”.

Son xəbərlər
Digər xəbərlər