19 C
Baku
Friday, May 3, 2024

“Bank Respublika”nın yeni sədrindən açıqlamalar

«Bank Respublika» ASC-nin aktivləri 1 mlrd. manatı ötür. Bunu bankın İdarə Heyətinin sədri Tariel İsmayılov deyib.

2018-ci ilin sonuna bankın aktivləri 983,098 mln. manat təşkil edib.

“Hazırda bankın aktivləri 1 mlrd. manatı ötür. Bankımız bu göstərici üzrə Top-5-liyə daxildir”, – deyə o, bu gün bankın yeni innovativ məhsulu olan “Paypass Sticker” texnologiyasının təqdimatnda bildirib.

Sədrin sözlərinə görə, “Bank Respublika”nın 500 min müştərisi var.

T.İsmayılov vurğulayıb ki, 2018-ci ildən bankın kapitalı 2 dəfə, kredit portfeli 60%, depozit portfeli isə 67% artıb.

“Biz əməliyyat mənfəətinin 2 dəfə, faiz mənfəətinin isə 3 dəfə artımına nail olmuşuq”, – deyə o əlavə edib.

“Bank Respublika” 1992-ci il may ayının 22-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları – KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın əsas səhm paketi iş adamı Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.

İnterfax Azərbaycan

Son xəbərlər
 ⁠
Digər xəbərlər