6 C
Baku
Monday, December 16, 2024

Lombarda saxta qızıl verib, 1300 manat pul alaraq qaçan şəxs tutulub

İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib. 

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib. Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib. 
Araşdırma aparılır. 
Son xəbərlər
Digər xəbərlər