6 C
Baku
Monday, December 16, 2024

Tramp Rusiya üzrə müşavrini işdən çıxaracaq

ABŞ Prezidenti Donald Tramp Administrasiyasında Milli Təhlükəsizlik Şurasının Rusiya və Avropa üzrə müşaviri Fiona Hill avqustun sonunda vəzifəsindən ayrılacaq.

“Reprot” Agentliyi “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin jurnalisti Piter Beyker “Twitter” səhifəsində yazıb.

“Hill ABŞ və Rusiya arasındakı əlaqələrdə fırtınalı dövrdən keçib və işini gələn həftə G20 sammiti çərçivəsində Osakada Tramp və Putin arasında keçirilməsi gözlənilən görüşün ardından tamamlayacaq”, – P.Beyker yazıb. 

O əlavə edib ki, F.Hill postundan rəsmən avqustun sonunda ayrılacaq.

Onun sözlərinə görə, F.Hilli ötən il kütləvi qırğın silahları və bioloji müdafiə üzrə müşavir kimi Milli Təhlükəsizlik Şurasına qoşulan Tim Morrison əvəz edəcək.

“Tramp silahlanma üzərində nəzarət, o cümlədən mövcud olmayan orta və qısamənzilli raketlərin ləğvinə dair sazişin (İntermediate-Range Nuclear Forces Treaty) əvəzinə yaradıla biləcək ABŞ-Rusiya-Çin sazişi barədə daha çox danışmaq üçün Rusiya ilə münasibətləri dəyişdirəcəyinə ümid edir”, – amerikalı jurnalist yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Son xəbərlər
Digər xəbərlər