10 C
Baku
Thursday, December 12, 2024

Bloomberg: Tramp Türkiyəyə qarşı sanksiya tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp Administrasiyası Rusiyanın “S-400″ zenit-raket komplekslərinin satınalınması ilə əlaqədar rəsmi Ankaraya qarşı bu ilin iyul ayında üç yeni sanksiya paketi tətbiq etməyi düşünür.

Bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən bildirib.

Agentliyin məlumatına görə, hazırda sanksiyalar paketinin tətbiqi ilə bağlı ABŞ Milli Təhlükəsizlik Şurasında, Dövlət Departamentində və Maliyyə Nazirliyində müzakirələr aparılır. Hazırda Türkiyənin müdafiə sektorundakı bir sıra şirkətlərə CAATSA qanunu ilə nəzərdə tutulan və Rusiya ilə işləyən tərəflərə tətbiq olunan sanksiyalar tətbiq edilməsi variantı daha böyük dəstək qazanıb. Belə sanksiyalar şirkətləri ABŞ maliyyə sistemindən uzaqlaşdırmalıdır. Başqa sözlə, həmin şirkətlər üçün ABŞ məhsulları almaq və ya öz məhsullarını Birləşmiş Ştatlarda satmaq mümkünsüz olacaq.

Agentliyin mənbələrinin məlumatına görə, yeni sanksiyalar iyul ayının əvvəlində – Türkiyə “S-400″lərin tədarükünə başlayarkən tətbiq edilə bilər. Eyni zamanda, Türkiyə tərəfindəki mənbələrin bildirdiyinə əsasən, rəsmi Ankara Vaşinqtona olan etimad tamamilə itirildiyindən ABŞ-ın sanksiyalar tətbiq etmək təhdidləri qarşısında əyilməz qalır.

Son xəbərlər
Digər xəbərlər