Brentin qiyməti yenidən 65 dolara yaxınlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:50 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti $2.89 yəni, 5.38% bahalaşaraq $56.65 səviyəsində qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri $0.09, yəni, 0.14% bahalaşaraq $64.54 dəyərində təklif olunub.