6 C
Baku
Sunday, December 15, 2024

BVF missiyası Azərbaycanda bankların nümayəndələri ilə bank sektorunun cari vəziyyətini müzakirə edib

20 iyun tarixində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası ölkədə bankların rəhbərləri ilə görüş keçirib.

“Görüşdə BVF-nu Azərbaycan missiyasının nümayəndələri Fondun Orta Şərq və Mərkəzi Asiya bölməsinin və Maliyyə Məsələləri departamentinin iqtisadçıları Anastasia Guscina və Galen Sher təmsil edirdilər”, – Banker.az-a ABA-dan məlumat verilib.

Görüşdə bank sektorunun cari vəziyyəti, sektorun tənzimlənməsi məsələləri, korporativ və pərakəndə bankçılıqda yeni meyillər, 2015-16-cı illərdəki neft şokundan sonra kreditləşmədə tətbiq olunan yeni standartlar, burada ortaya çıxan problemlər, risklərin qiymətləndirilməsi və maliyə sektorunda aparılan hüquqi islahatlara dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, BVF missiyası iyunun 12-dən Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələr aparır. Missiya işini iyunun 27-də başa çatdıracaq

Son xəbərlər
Digər xəbərlər