10 C
Baku
Friday, December 13, 2024

VN: Azərbaycanda yeni onlayn kassa aparatlarının tətbiqi ilə bağlı qərar qəbul olunub

Azərbaycanda yeni onlayn kassa aparatlarının tətbiqi ilə bağlı qərar qəbul olunub və bu məsələ qanunvericilikdə öz əksini tapıb.

Bunu “Təhsil Biznes Forumu – mövcud vəziyyət və perspektivlər” adlı tədbirdə çıxış edən Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin 1-ci müavini Mirəli Kazımov deyib.

Onun sözlərinə görə, növbəti aylarda bu çərçivə qaydasının yerinə yetirilməsinə başlanacaq.
“Bu kassaların tətbiqindən sonra onların işlədiyi dövrdə hər bir şəxsin biznes müəssisəsindən kassa çekini tələb etməsi şəffaflığa gətirib çıxaracaq. Bununla bağlı biz İsveçrənin təcrübəsi ilə yaxından tanış olmuşuq və inanırıq ki, bu sistemin Azərbaycanda tətbiqi həmin o şəffaflığın təmin edilməsində çox böyük zəmin yaradacaq. Bu da onu göstərir ki, artıq ictimaiyyət dövlət orqanlarının işində birbaşa iştirak edəcək “, – deyə M. Kazimov bildirib.

O həmçinin əlavə edib ki, bu sistemin tətbiqi operativ nəzarət yoxlamaları aradan qaldıracaq.

APA

Son xəbərlər
Digər xəbərlər