Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 117,942 mln manattəşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15 712 mln manat yəni 16% çoxdur.
Maliyyə Nazirliyindən Banker.az saytına verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 13% artaraq 28,569 mlnmanata çatıb.
Könüllü həyat sığortası üzrə yığımlar il ərzində 66,76 faiz artaraq 17,36 milyon manata çatıb. Könüllü həyat sığortası seqmentində yığımların böyük hissəsi həyatın yaşam sığortasının (15,33 milyon manat) payına düşüb, qalan hissə isə ölüm və (2,02 milyon manat) və sağalmaza xəstəliklərdən (11,26 min manat) sığortanın hesabına təmin olunub.
Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (35795mln manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası»(12009mln manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (5213mln manat), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” (9838mln manat), “Həyatın yaşam sığortası” (17606mln manat), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” (3216mln manat) növləri üzrə toplanılıb.
Ödənişlərə gəldikdə, könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 19855mln manata bərabər olub. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər isə 18440mln manata çatıb.
Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (10650mln manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (6567mln manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (6054mln manat) növləri üzrə ödənilib.