7 C
Baku
Thursday, December 12, 2024

Çin ABŞ-ın sanksiyalarına baxmayaraq İrandan neft almağa davam edir

Çin və Avropanın neft emalı zavodları İrandan neft idxal etməyə davam edirlər.

Banker.az bu haqda TankerTrackers xidmətinin məlumatına və İran hökumətinin adı açıqlanmayan mənbələrdən edilən şəhrlərə istinadən bildirib.

TankerTrackers-in verdiyi məlumata görə, 20 iyun tarixində İrana məxsus olan Suezmax tipli “Salina” tankeri, Syancou körfəzi vasitəsilə bir neçə gün ərzində neft daşıyıb. Tankerlərin bu tipi bir dəfəyə 1 milyon barelə qədər neft nəql edə bilər.  

Bu xidmətin həmtəsisçisi olan Samir Madani bildirib ki, “yaxın günlərdə İrandan yeni neft tankerləri Çinə çatacaq”.

FGE konsaltinq şirkətinin qiymətləndirmələrinə görə, iyun ayında İranın neft ixracı 500 min barelə düşüb, onlardan 200 min barel Çinin payına düşür.

İran hökumətinin adı açıqlanmayan mənbələrə görə, “İran hələ geniş neft satmaq imkanlarına malikdir. İran hətta Avropanın neft emalı zavodlarına belə neft satır”.

Son xəbərlər
Digər xəbərlər