-1 C
Baku
Sunday, December 15, 2024

2019-cu ilin may ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

31 may 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,654.4 mln. manat, cəmi öhdəlikləri isə 25,161.6 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,492.8 mln. manat olub.

Aktivlər

May ayına sektorun aktivlərinin 43.4%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (186.6 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,861.4 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 2.1% (170.4 mln. manat) artaraq 8,264.3 mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin may ayında fiziki şəxslərin əmanətləri 8,527.6 mln. manat təşkil edib. May ayında milli valyutada olan əmanətlər 1.3% (47.7 mln. manat) artıb.

Hüquqi şəxslərin cəmi depozitləri may ayında 0.3% (29.1 mln. manat) artaraq 10,205.5 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 18.5% (319.0 mln. manat) artaraq 2,046.7 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 3.3% (128.0 mln. manat) artaraq 3,971.0 mln. manata çatıb.  Xarici valyutada olan müddətli depozitlər 22.1% (331.8 mln. manat) artaraq 1,836.5 mln. manata çatmışdır.

Balans kapitalı

Sektorun balans kapitalı may ayı ərzində 1.7% (73.1 mln. manat) artaraq 4,492.8 mln. manata çatıb.

Mənfəət və zərər

May ayında bankların əməliyyat mənfəəti 20.3% (58.5 mln. manat) artaraq 346.9 mln. manat, xalis mənfəəti isə 325.8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.

 Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı     2,568 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım may ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin may ayında işçi sayı 1.2% (209 nəfər) artaraq 18,191  nəfər təşkil edib.

31 may 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).  

           

Son xəbərlər
Digər xəbərlər