2019-cu ilin iyun ayının 1-nə bank işçilərinin sayı 18,191 nəfər təşkil edib.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
2018-ci ilin müvafiq dövründə isə bank işçilərinin sayı 16,662 nəfər təşkil edib. Belə ki, cari ildə ötən ilin analoji dövrüylə müqayisədə bank işçilərinin sayı illik müqayisədə 9,2 % (1,529 nəfər) artıb.
Ötən ay isə işçilərin sayı 17,982 nəfər olub. 2019-cu ilin may ayında işçi sayı 1.2% (209 nəfər) artaraq 18,191 nəfər təşkil edib.