Azərbaycan banklarının 2019-cu ilin yanvar-may ayları ərzində xalis mənfəəti 325,8 mln. manat təşkil etməsinə rəğmən bu yanvar-aprel ayındakı rəqəmlərlə müqayisədə azalıb.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Belə ki, cari ilin ilk 4 ayı ərzində bankların xalis mənfəəti 347,9 mln. manat təşkil edirdi, bu da may ayı ərzində 22,1 mln. manatlıq zərər olması deməkdir.
Bankın əməliyyat mənfəəti 2019-cu ilin 5 ayı ərzində 346,9 mln. manat təşkil edib ki, bu da may ayı ərzində təkcə 58,5 mln. manatlıq əməliyyat mənfəətində artım olması deməkdir.
Görünür ki, bu may ayı ərzində zərərin əsas səbəbkarı 76,8 mln. manatlıq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalara görə baş verib.