“Bu gün Ermənistan vətəndaşlarının 99 faizi bankdan kredit götürüb və faiz ödəyir”. Bunu avtomobil idxalçıları ilə görüşdə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyan bəyan edib. Partiya rəhbəri bildirib ki, insanlar banklardan krediti öz xoşları ilə deyil, ehtiyacları olduğu üçün məcburən götürürlər:
“İnsanları buna uşaqlarının, valideynlərinin ehtiyacları, təhsil haqqı, evlənmə kimi xərclər vadar edir. Ümidlərini itirən insanlar bu yola qaçmağa məcbur olaraq tələyə düşürlər. Dünyanın heç bir ölkəsində 16-30 faizlə bank kredit vermirlər. Banklar 2, 3, 4, 5, 6 faizlə kredit verməlidirlər ki, vətəndaşlar bunu ödəyə bilsinlər. Əgər vətəndaş gündəlik ehtiyacını ödəyə bilmirsə, vergiləri necə ödəyəcək? Buna görə də büdcə dolmur, cəmiyyətin onurğası sınıb. İki il ərzində 4 min dükan, stomotoloji klinika, xəstəxana, gözəllik salonu, fərdi sahibkarlıq müəssisəsi fəaliyyətini dayandırıb. Həmin şəxslər ya ölkəni tərk edib, ya etməyə hazırlaşır, ya da nə edəcəklərini bilmirlər”.
palitranews.az
Comments are closed.