17 C
Baku
Friday, November 1, 2024

Son bir ildə 14 bank şöbəsi bağlanıb

2019-cu ilin yanvar-may ayları ərzində olan statistikaya görə, fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı  2,568 olub. 

Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə isə filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı  2,471 olub. Belə ki, illik müqayisədə 1 bank filialı açılıb, 14 bank şöbəsi bağlanıb, 97 ATM açılıb.

Ötən ay isə  bank filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı  2,544 olub.  Bu da aylıq müqayisə də onu göstərir ki, filialların sayında heç bir dəyişiklik olmayıb, 1 bank şöbəsi və 24 ATM açılıb.

 

Son xəbərlər
Digər xəbərlər