9 C
Baku
Thursday, December 12, 2024

BOKT-lar haqqında qanuna dəyişiklik I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOK) haqqında” qanuna dəyişikliklər I oxunuşda qəbul edilib.

“Report” Agentliyi xəbər verir ki, müzakirələrdə çıxış edən Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib.

“Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasəna, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək. Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib”, – deyə deoutal qeyd edib.

Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib. 

Son xəbərlər
Digər xəbərlər