-1 C
Baku
Sunday, December 15, 2024

Yaponiyada G20 sammitinin açılışı baş tutub

G20 liderlərinin görüşü iyun ayının 28-də, Yaponiyanın Osaka şəhərində açılıb.

Banker.az xəbər verir ki, sammit iki gün davam edəcək. Planlaşdırılan dörd sessiyada tərəflər dünya iqtisadiyyatının problemlərini, o cümlədən ticarət, ətraf mühit məsələlərini, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən böyük korporasiyalar üçün beynəlxalq vergi sisteminin yaradılmasını müzakirə edəcəklər.

Bunda başqa ekologiya, xüsusilə də siyasətçilər dünya okeanını çirkləndirən plastik tullantılarının artması problemini də müzakirə etməyi planlayırlar. Bu haqda TASS xəbər verir.

G20 ölkələrinin dövlət başçılarından başqa sammitə Vyetnam və Tailand, Sinqapur, Niderland, Misir, İspaniya, Seneqal və Çilinin liderləri dəvət olunublar.

Digər yüksək rütbəli qonaqlar arasında BMT-nin baş katibi António Guterres, Dünya Bankının prezidenti David Malpas və Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristin Lagarde də daxil olmaqla, aparıcı beynəlxalq təşkilatların rəhbərlər var.

 

 

 

Son xəbərlər
Digər xəbərlər