15 C
Baku
Friday, May 3, 2024

Gənclər üçün veriləcək 10 min manatlıq mükafatın sayını 4 ədəd artırdı

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında dəyişiklik edib.

Bu barədə imzaladığı fərmanda deyilir.

Fərmana görə, Preambulada və 1-ci hissədə “və ictimai fəaliyyət” sözləri “, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə “altı” sözü “on” sözü ilə əvəz edilib. 

Bildirək ki, həmin  hissədə qeyd edilir ki, Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilsin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər