AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankın məlumatında deyilir ki, tender daşınmaz əmlakların qiymətləndirilməsi ilə əlaqədar elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 201 07 98 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2019-cu il iyul ayının 12-də başa çatır.