1 C
Baku
Saturday, December 14, 2024

400-ə yaxın yaşayış binaları kompleksinin istismarına icazə veriləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 59 çoxmənzilli yaşayış binaları kompleksinin istismarına icazələr verilib.

“Report” Agentliyi xəbər verir ki, bu barədə Komitənin sədri Samir Nuriyev jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb: “Həmin fərmana uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 59 layihəni təsdiq edib. Bu isə 11 mindən artıq ailənin mənzil ilə təmin etmək deməkdir. Yəni 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa, 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən 1 həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir”.

Onun sözlərinə görə, ilin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq: “Amma onu da qeyd edim ki, müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.

Son xəbərlər
Digər xəbərlər