Mühasiblər, vergi işçiləri və kadrlar üzrə mütəxəssislər arasında ixtisaslaşmış nəşrləri ilə böyük güvən qazanmış mks.az saytı bugünlərdə “Vergi uçotu: A-dan Z-yə” kitabı ilə oxucuların görüşünə gəlib. İki həftədə 300-ə yaxın nüsxəsi satılan kitab sosial şəbəkələrdə və mütəxəssis dairələrində təqdir olunub, haqqında müsbət rəylər yazılıb.
Kitabın yaradıcı heyətinin – mks.az-ın ekspert qrupunun saytımıza verdiyi məlumata görə, “Vergi uçotu: A-dan Z-yə” kitabının böyük maraqla qarşılanmasının bir səbəbi də kitabdan təkcə mühasiblərin deyil, vergi orqanlarına qəbul imtahanlarına hazırlaşanların da rahat istifadə edə biməsinin nəzərə alınmasıdır. Kitab 36 bölmədən (ƏDV, sadələşdirilmiş vergi, sektorlar üzrə gəlir və xərclərin uçotu, icarə münasibətləri, əmək haqqıdan ödəmə mənbəyində verginin və sosial ayırmaların tutulması, idxal-ixrac əməliyyatları və sair) ibarətdir, ən mürəkkəb məsələlər belə sadə şəkildə, nümunə və misalların köməyi ilə izah olunub, oxucuların nəşrdən səmərəli faydalanması üçün bölmələr sual-cavab şəklində strukturlaşdırılıb.
Kitabda 1000-ə yaxın sualın cavabı var. Üstəlik, 100 səhifəlik bölmədə praktikada geniş istifadə olunan, lakin ciddi hesabat blankı kimi təsdiq olunmadığından çətin tapılan 50-dən çox nümunəvi sənədin (əmək haqqı cədvəliəsas vəsaitin təhvil-təslimi, silinməsi, ləğvi və icarəyə verilməsi aktları, xidmət, komissiya, françayzinq, agent, borc və alğı-satqı müqavilələri, ezamiyyə ilə bağlı sənədlər və sair) forması var.
Qeyd edək ki, kitabı əldə etmək üçün (012) 564 86 85, (050) 368 12 72 nömrələrinə zəng etmək, [email protected] ünvanına və ya mks.az-ın FB səhifəsinə yazmaq kifayətdir. Kitab sifariş olunan gün ünvana çatdırılır və buna görə əlavə haqq alınmır. Kitabın satış qiyməti üzərindəki CD disklə birlikdə 35 manatdır, daimi müştərilərə endirim tətbiq olunur.