Astara rayonunun Ərçivan–Artupa–Səncərədi–Alaşa–Züngüləş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
“On beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ərçivan–Artupa–Səncərədi–Alaşa–Züngüləş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”, – deyə, sərəncamda qeyd edilir.