6 C
Baku
Sunday, December 15, 2024

Palata tikinti şirkətini cərimələyib – Valyutanı xaricdən qaytarmayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası “Kontinent İnşaat” MMC barəsində inzibati protokol tərtib edib.

 İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilən müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.

Protokolla bağlı qərardan şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 2010-cu ildə yaradılan “Kontinent İnşaat” MMC tikinti işlərini həyata keçirən şirkətdir

Son xəbərlər
Digər xəbərlər