“Azərsun Holdinq”in maliyyə hesabatına əsasən, 2018-ci ildə Holdinqin cəmi gəlirləri 730,003 mln manat təşkil edib. 2017-ci ildə isə “Azərsun Holdinq”in cəmi gəlirləri 792,8 mln manat olub. Belə ki, “Azərsun Holdinq”in ötən il cəmi gəlirləri 8% azalıb.
Banker.az xəbər verir ki, “Azərsun Holdinq”in satışlarının və xidmətlərinin maya dəyəri 646,083 mln manat olub ki, bu da 2017-ci illə müqayisədə 7% azalma deməkdir.
“Azərsun Holdinq” in digər gəlirləri 5,306 mln manat, törəmə müəssisələrin satışından gəlirləri 11,043 mln manat, mənfəət vergisi ödəmələri 11,484 milyon manat təşkil edib.
Qeyd edək ki, Holdinqin satış və paylaşdırma xərcləri 8,584 mln manat, inzibati və ümumi xərcləri 50,647 mln manat, maliyyə xərcləri 7,932 mln manat olub.