“Bazarstore”un gəlirlərinin 2 dəfəyə artmasına baxmayaraq zərər edib

Maliyyə hesabatına görə, “Bazarstore”un  2018-ci ildə zərəri  24% azalaraq  316,6 min manat olub.

“Bazarstore”-un 2018-ci ildə cəmi aktivləri 88,425 mlnn manat olub ki, bu da 2017-ci illə müqayisədə 1,5 dəfə azalıb.

Banker.az xəbər verir ki, 2018-ci ildə “Bazarstore”un əsas əməliyyat gəlirləri  1,8 dəfə artaraq 306,79 mln manat təşkil edib. Ötən il “Bazarstore”un satışının maya dəyəri 261,085 mln manat olub. Bu da 2017-ci illə müqayisədə satışın maya dəyərinin 1,8 dəfə artması deməkdir.

Qeyd edək ki, 2018-ci ildə “Bazarstore”un  kommersiya xərcləri 1,6 dəfə artaraq 412 mln manat olub. “Bazarstore”un  inzibati xərcləri isə  146 milyon manat təşkil edib.

marja1562070950bs1

marja1562070950bs2
 
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər