Çinli Çiu Syan öz keçmiş müdirinə 1130 ədəd sarı və qara rəngli ördək göndərdi. Verilən məqsədlərə görə, şirkətin keçmiş əməkdaşı öz rəhbərindən intiqam almaq istəyib. Syan-ın sözlərinə görə rəhbəri Xun Bin onun işlədiyi günlərin pulunu verməyib.
Syan quşçuluqla məşğul olan şirkətlə əlaqə saxlayır və rəhbərinə canlı ördəklərin göndərilməsi sifarişini verir. Bununla yanaşı ödənişi də rəhbərinin edəcəyini bildirir. Lakin Bin ördəkləri aldıqda ödəniş etməkdən imtina edir. Vəziyyət belə olduqda hadisə yerinə polis çağırılır.
Syan hüquq-mühafizə orqanları ilə söhbətindən sonra ördəklərə görə ödəniş etməyə razı olub və ördəklər yenidən fermaya qaytarılıb. Rəhbərin öz keçmiş əməkdaşının bu hərəkətinə nə reaksiya nümayiş etdirdiyi məlum deyil. Syan isə öz növbəsində bildirmişdir ki, onun addımı nə qədər radikal olsa da, vacib addım idi. Bununla yanaşı, rəhbərin Syana borcunu qaytaracağı da məlum deyil.