Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank” MMC -nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.
Banker.az xəbər verir ki, Emissiyanın ümumi həcmi 13 000 000 AZN təşkil edir. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 AZN olan 13 000 ədəd istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti 7 il, istiqraz üzrə gəlirlilik 15% müəyyən edilib. İstiqraz üzrə faiz hər 90 gündən bir ödəniləcəkdir.
Yerləşdirmənin anderrayteri “Unicapital” ASC-dir. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.