Beynəlxalq İdarəçilik İnkişafı İnstitutu ( International Institute for Management Developement, IMD) 2019-cu ilin ən rəqabətqabiliyyətli ölkələrinin reytinqini dərc edib.
IMD-nin rəqabətqabiliyyətlilik reytinqi 1989-cu ildən hər il dərc edilir.O, 63 ölkəni, onların təxminən 260 kriteriyaya görə rəqabətlilik qabiliyyətini analiz etməklə əhatə edir.
Araşdırma, dövlətin biznesi həyata keçirmək üçün əlverişli şərtləri və rəqabət mühitini yaratamsı qabiliyyətini qiymətləndirir.
2019-cu ilin 10 ən rəqabətqabiliyyətli ölkəsini tanıyaq:
10. Qətər
2018-ci ildəki yeri: 14
Qeyd edilir ki, ticarətdən gələn daha yüksək gəlirlər neft və qaz istehsalçılarına, məsələn, 13 pillə qalxaraq 26-cı mövqeyi tutmaqla bu ilin ən yüksək inkişaf göstəricisinə nail olan Səudiyyə Ərəbistanına və 2013-cü ildən bəri ilk dəfə onluğa düşmüş Qətərə kömək edib.
9. İsveç
2018-ci ildəki yeri: 9
İsveçi çeşidli və rəqabətqabiliyyətli iqtisadiyyat xarakterizə edir. İsveç şirkətləri xaricə ən geniş məhsul çeşidi satışını həyata keçirir. Ölkə ildən-ilə müsbət ticarət saldosunu qoruyub saxlayır.
İsveçdə dünya üzrə 50 şirkət yerləşir və onların arasında ABB, Atlas Copco, Oriflame, Saab AB, Saab Automobile AB, Scania, Volvo, Volvo Trucks, Ericsson, TELE2, AB Electrolux, TetraPak, Alfa Laval, SKF, H&M şirkətləri var.
Ölkədə yüksək səviyyədə innovasiya,yüksək inkişaf etmiş və daim modernləşən infrastrukturaŞ mükəmməl texnika vəingilis dilini bilən yüksək təhsilli personal vardır.
8 . Danimarka
2018-ci ildəki yeri: 6
Danimarkanın iqtisadiyyatı demək olar ki, bütünlüklə insan resurslarına əsaslanan təbii resurslar ehtiyatına malikdir, idxal edilən xammaldan və xarici ticarətdən asılıdır ( ölkə adambaşına düşən daxili ticarət həcminə görə dünyada birinci yerdədir).
Xidmət sahəsi bütünlükdə əmək və iqtisadiyyat bazarının böyük bir hissəsini tutur. Danimarka Avropada ən davamlı iqtisadi sistemlərdən birinə malikdir və o,balanslaşdırılmış dövlət büdcəsi, stabil valyuta, aşağı faiz dərəcələri və inflyasiyanın aşağı olması ilə xarakterizə edilir.
7 . İrlandiya
2018-ci ildəki yeri: 12
İrlandiyanın iqtisadi inkişafının əsas səbəbi ixrac olsa da, buna həmçinin, istehlak xərclərinin artması və tikinti ilə biznes investisiyasının bərpası da təkan verir.
İşsizlik həddi aşağıdır və əhalinin gəlirləri xidmətlərin( kommunal xidmətlər, sığorta, sağlamlığın qorunması və s.)qiymətləri ilə olan sürətli artımla xarakterizə olunur.
6 . Niderland
Niderlandın iqtisadiyyatı dünya üzrə tanınmış şirkətlər, iri firmalar, konsernlər hesabına yaxşı reputasiya qazanıb.
Niderlandda VimpelCom, Royal Dutch/Shell (neftkimya), Unilever (məişət kimyası və qida), Royal Philips Electronics (elektronika) kimi transmilli avropa şirkətlərinin baş ofisləri və istehsal yükləri yerləşir.
Dünya iqtisadiyyatında aparıcı mövqeyi həmçinin iri holland şirkətləri və Niderlandda yerləşən transmilli şirkətlər tutur. Niderlandın iqtisadiyyatı ixraca əsaslanır, belə ki, ölkə əsasən xarici bazarda orientasiya edir.
5. BƏƏ
BƏƏ iqtisadiyyatının əsası təkrar ixrac, ticarət, xam neft və qaz ixracı və əldə edilməsindən ibarətdir. Neftin əldə edilməsi günə təxminən 2.2 milyon bareldir, əsas hissəsi Abu-Dabi əmirliyində istehsal edilir. Digər əhəmiyyətli neft istehsalçıları: Dubay, Şarca və Rəs əl-Xayma.
Neft BƏƏ-nin iqtisadi artımını yalnız bir neçə onillik ərzində təmin edib, lakin iqtisadiyyatın digər sahələri, xüsusilə də xarici ticarət kifayət qədər sürətlə inkişaf edib.
Dubayın kommersiya mərkəzi və ona bitişik Jebel Ali sərbəst zonası böyük xarici investisiyalar cəlb edib. Dubaydakı Raşid və Jebel Ali limanları və Fudjayra, dünyanın 40 ən yaxşı konteyner limanları sırasındadırlar, bu limanlar ildə 3 milyondan çox konteyner bölümü ötürürlər.
4 . İsveçrə
2018-ci ildəki yeri: 5
İsveçrə iqtisadiyyatı dünyanın stabillərindən biridir. Dünya üzrə müqayisədə əhalinin orta gəlir səviyyəsi orta hesabdan daha yüksəkdir.
Həyata keçirilən uzunmüddətli maliyyə təhlükəsizlyi və bank sirləri siyasəti İsveçrəni investorların öz vəsaitlərinin təhlükəsizliyinə əmin olduqları bir yerə çevirib və bunun da nəticəsində ölkə iqtisadiyyatı daimi xarici investisiya axınından daha da asılı vəziyyətdə olur.
Yüksək ixtisaslaşmış əməyə və ərazisinin kiçik olmasına görə, sənaye və ticarət İsveçrənin əsas iqtisadi resurslarıdır. İsveçrə qızıl emalı üzrə dünya lideridir və dünya üzrə istehsal edilən qızılın üçdə ikisi onun payına düşür.
3. ABŞ
Reytinqə əsasən, prezident Donald Trampın ABŞ-da irəli sürdüyü maliyyə siyasətinin ilk dalğasına inamın gücləndirilməsinin başlanğıc impulsu görünür ki, yoxa çıxıb.
Ölkədə iqtisadi göstəricilər və infrastruktura dərəcəsinin qlobal artım sürəti hələ də qalsa da, dünyanın iri iqtisadiyyatının rəqabətqabiliyyətinə yanacağa qoyulan qiymət, yüksək texnoloji məhsulların az ixrac edilməsi və dolların dəyərinin qalxıb-enməsi təsir edib.
2 . Honk-Konq
2018-ci ildəki yeri: 2
İqtisadiyyatı azad ticarətə, aşağı vergitutmaya və dövlətin iqtisadiyyata qarışmamasına əsaslanır. Honk-Konq “off-shore” ərazidir və idxalda gömrük yığımları almayan sərbəst limandır, burada əlavə dəyər vergisi və ya onun ekvivalentləri yoxdur.
Aksizlər isə idxal olunan yoxsa yerli istehsal malı olmasından asılı olmayaraq yalnız dörd məhsula tətbiq edilir. Bunlar spirtli içkilər, tütün, mineral yağlar və metil spirtidir.
Honk-Konq əsas beynəlxalq maliyyə və ticarət mərkəzidir, burda cəm olunan baş ofislərin sayına görə isə Asiya- Sakit Okeanı regionunda ən yüksəkdədir.
1 . Sinqapur
2018-ci ildəki yeri: 3
Sinqapur 2010-cu ildən bəri ilk dəfədir ki, reytinqə birincilik edir.
Onun bu birinciliyinin səbəbi qabaqcıl texnologiya infrastrukturu, keyfiyyətli əməyin olması, münasib immiqrasiya qanunları və effektiv biznes açmaq imkanlarının olmasındadır.