“Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ilin ilk yarımilliyində 2,63 mln. manatdan çox xalis mənfəət əldə edib. Lakin bu ötən ilki rəqəm ilə müqayisədə 1,8 dəfə azalma olması deməkdir.
Banker.az bu barədə Bankın 2019-cu ilin II rübünə olan maliyyə hesabatına istinad edir.
Cari ilin ilk 6 ayında bankın cəmi faiz gəlirləri 5,73 mln. manat, qeyri-faiz gəlirləri 793 min manat, cəmi faiz xərci 1,25 mln. manat və qeyri-faiz xərcləri 2,39 mln. manat təşkil edib ki, bu da nəticədə bankın 2,89 mln. manat əməliyyat mənfəəti əldə etməsi deməkdir.