14 C
Baku
Sunday, November 24, 2024

Almaniyada uşaq pulu nə qədərdir?

Almaniyə ərazisinin görə dünyada 62, əhalisinə sayına görə 16 (Avropa da 2-ci) yer tutur. Əhalisinin sayı 83 milyondur. Almaniyada 2019-cu ilin 01 iyul tarixinə əsasən əgər ailədə 2 uşaq varsa hər bir uşaq üçün  214 avro, 3-cu uşağın hər biri üçün  220 avro, 4-cu uşaq olduqda hər uşağa 245 avro uşaq pulu ödənilir. Uşaq pulu 18 yaşına kimi verilir. Əgər uşaq valideyndən ayrı yaşayırsa uşaq pulu üçün bankda uşağın adına hesab açılır və hər ay ora yuxarıda göstərilən məbləğ əlavə olunur. Əgər uşaq ilk təhsilini, 2-ci təhsilini,20 saatdan az işləyillərsə, işsiz statusu varsa və sair şərtlərə əsasən 25 yaşa kimi uşaq pulu ala bilərlər. Əgər uşaq əlildirsə o halda 25 yaşından sonra da uşaq pulu ala bilər. Növbəti 01.01.2021-ci ildə 15 avro olacaq. 

Bundan əlavə aşağıdakı ödəniş növləri mövcuddur: (Məbləğlər 2018-ci ilə aiddi)

  1. 36 ay ərzində hər bir uşaq üçün 170 avro məbləğində dotasiya
  2. 25 yaşına kimi məktəb ili üçün hər ay 100 avro, məktəbdən kənar məşğələlər üçün 10 avro 
  3. uşaqlarını tək böyüdən analar üçün 12 (müəyyən hallarda 18 yaş) yaşına kimi, uşağın yaşından aslı olaraq 154-273 avro hər ay pul ödənilir.
  4. analıq müavinatı uşağın anadan olamamasında 6 həftə əvvə və 8 həftə sonra. Müavinatın məbləği orta əmək haqqından bərbərdir. 
  5. Valideynlik müavinatı 14 aya kimi 300 -1800 avro, 28 aya kimi 150-900 avro arası dəyişir. 

Daha ətraflı: https://www.kindergeld.org/

İqtisadçı-ekspert Rauf Qarayev

 

Son xəbərlər
Digər xəbərlər