“Huawei” şirkəti ABŞ vətəndaşı olan əməkdaşlarının böyük əksəriyyətini işdən azad etməyi planlaşdırır. Bu barədə “The Wall Street Journal”ı yazır.
İşdən çıxarılma əsasən şirkətin “Futurewei Technologies” laboratoriyalarında çalışanlara şamil ediləcək.
Bu laboratoriyada cəmi 850 nəfərin çalışdığı qeyd edilir.
Azad ediləcək işçilərin dəqiq sayı açıqlanmasa da, yüzlərlə əməkdaşın nəzərdə tutulduğu vurğulanıb.
Bəzi işçilərə artıq müvafiq bildirişlər də göndərilib.
Qeyd edək ki, “Huawei” rəhbərliyi eyni zamanda ABŞ-da analoji xidmət sahəsində çalışan Çin vətəndaşlarına vətənə qayıtdıqdan sonra şirkətin müvafiq bölmələrində işlərini davam etdirməyi təklif edib.