Cari ilin ilk yarımilliyində “Kapital Bank” ASC-nin cəmi faiz gəlirləri 189,93 mln. manat təşkil etməklə tarixinin ən yüksək göstəricisinə çatıb.
Banker.az xəbər verir ki, bu barədə bankın 2019-cu ilin yanvar-iyun ayları üzrə mənfəət-zərər hesabatında deyilir.
Belə ki, buna qədər ən yüksək göstərici (eyni dövürlə müqayisədə) 2018-ci ildə 150,66 mln. manat, 2017-ci ildə 132,61 mln. manat təşkil edib.
Bununla belə Bankın faiz xərcləri ilk 6 ay ərzində 32 mln. manat, qeyri faiz xərcləri 76,14 mln. manat və qeyri-faiz xərcləri 96,63 mln. manat olub ki bu da nəticədə bankın 137,43 mln. manatlıq əməliyyat mənfəəti etməsi deməkdir. Ötən ilin eyni dövründə Bankın əməliyyat mənfəəti 106,98 mln. manat idi.
Əməliyyat mənfəətinfən yalnız 44,57 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
Bununla da “Kapital Bank” yarımilliyi 73,19 mln. manatlıq xalis mənfəətlə bitirib ki, bu da balansında olan bölüşdürülməmiş mənfəətin 286,13 mln. manata çatması deməkdir.
Bank 2018-ci ilin yanvar-iyun ayları ərzində 41,67 mln. manatlıq xalis mənfəət əldə etmişdi.
Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,87%-i “PAŞA Holdinq” MMC-yə məxsudur.