Vergilər Nazirliyi “Bakı Şampan Şərabları” ASC-nin direktoru Saib Cabir oğlu Cəfərov barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb.
S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib.
Həmin maddə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş,
yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə,
habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə məsuliyyət nəzərdə tutur.
Bu xətaya görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Cərimə ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayəti Bakı Apelyasiya Məhkəməsi qüvvədə saxlayıb.
Qeyd edək ki, “Bakı Şampan Şərabları” ASC alkaqollu içkilər istehsal edən müəssisədir.
Report