10 C
Baku
Friday, December 13, 2024

Palata “METAK” və “Akaben”i cərimələdi – Xariclə valyuta əməliyyatlarına görə

Maliyyə Bazarlarına Nəzarət Palatası “ME-TAK” MMC, “AKABE” MMC və “Hermes Group” MMC-ni də cərimələyib.

Banker.az-ın əldə edti məlumata görə, hər üç şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimələnib.

Adıçəkilən məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qərardan verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “ME-TAK” Azərbaycanda ən böyük plastik matriallar isethsal edən zavodlardan biridir. Bununla yanaşı qurum ölkənin maliyyə bazarında da qiymətli kağızlar emissya edib.

“Akabe” isə 2000-ci ildən etibarən fəaliyyət göstərir. Fəaliyyəti inşaat materiallarının istehsalı və satışından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər