2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 728,57 milyon ABŞ dolları həcmində yeyintin məhsulları idxal edib. Bu ötən ilki göstəricidən 12,2% çox olması deməkdir.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə istinad edir.
İdxal olunan məhsullar arasında kiloqram və ya litri üzrə ortalama çəkilən xərcdə ən çox artım süd məhsulları olub. 2018-ci ilin yanvar-may ayları üzrə 1 litr üzrə xərci 1,52 dollar olduğu halda, 2019-cu ilin eyni dövründə 1,41 dollar olub ki, bu da 11 sent daha baha qiymətə alınmması deməkdir.
Ölkəyə gətirlən kərə yağının qiyməti isə 1 dollara yaxın ucuzlaşaraq hər kiloqramına ortalama 4,99 dollar düşüb.
Bildirək ki, yeyinti məhsullarından olan şəkərin idxalı əhəmiyyətli dərəcədə azaldılıb və yeni statistikada artıq bu səbəbdən əks olunmur.
İdxal olunan yeyinti məhsullarının yanvar-iyun ayları üzrə qiyməti |
|||
Məhsulun adı |
2019 |
2018 |
Dəyişmə: |
Ət, kq |
$1.47 |
$1.47 |
– |
Süd, litr |
$1.52 |
$1.41 |
$0.11 |
Kərə yağı və süddən hazırlanmış digər yağlar, kq |
$4.99 |
$5.90 |
$ (0.91) |
Meyvə-tərəvəz, kq |
$0.57 |
$0.54 |
$0.03 |
Çay, kq |
$3.85 |
$3.90 |
$ (0.05) |
Buğda, kq |
$0.23 |
$0.18 |
$0.05 |
Bitki və heyvan mənşəli piylər və yağlar, litr/kq |
$0.83 |
$0.94 |
$ (0.11) |