8 C
Baku
Friday, December 13, 2024

Kosmik internet test olundu, 400 Mbtps sürət alındı – Dünyanın hər yerinə yayılacaq

İngiltərənin OneWeb şirkəti kosmik internetin ilk test nəticələrini təqdim edib. Qoşulma daha öncədən Yer kürəsinin aşağı orbitinə çıxarılmış peyklər vasitəsilə reallaşdırılıb. Perspektiv cəhətdən bu peyklərdən ibarət qrup planetin istənilən nöqtəsində genişzolaqlı internet şəbəkəsini təqdim edəcək. Kosmik internetin ilk test nəticələri hətta yerüstü operatorlar ilə müqayisədə çox heyrətləndirici olublar. Bu barədə Ispreviews.co.uk saytına istinadən 4pda saytı xəbər verib.

Beləliklə test çərçivəsində saniyədə 400 Mbit/saniyə sürətlə məlumat ötürülməsi əldə olunub. Bununla belə siqnal gecikməsinin vaxtı 40 millisaniyədən çox olmayıb. Hələki şirkət Yer kürəsinin aşağı orbitinə 6 ədəd OneWeb F6peykini göndərib. Lakin şirkət gələcəkdə yüzlərlə peykin göndərilməsini planlaşdırır. Kosmik internetin testləri OneWeb istifadəçiləri üçün terminalların hazırlanması və istehsalı ilə məşğul olan Intellian və bağlantının yaradılması üçün test modemini hazırlamış Satixfy şirkətləri ilə birlikdə keçirilib.

OneWeb şirkətinin rəhbəri Adrian Steckel-in sözlərinə əsasən kosmik internetdən kommersiya məqsədli istifadəni şirkət yaxın 24 ay ərzində reallaşdıracaq. Bu ilin 4-cü rübündən başlayaraq hər ay Yer kürəsinin aşağı orbitinə 30 ədəd peyk göndəriləcək. 2021-ci ilə kimi 650 peykdən ibarət peyk strukturunun yaradılması planlaşdırılır. Tələbatın artacağı halında peyklərin sayı 1980-ə çata bilər. Peyklərdən hər biri Yer kürəsi ilə Kadiapazonunda (20-30 GHz radiotezliklərdə) və Ku diapazonunda (11-14 GHz radiotezliklərdə) əlaqə yarada bilir.

OneWeb şirkətinin sözlərinə əsasən istifadəçilər stabil olaraq 25-35 millisaniyə siqnal gecikməsi ilə saniyədə 100 Mbit sürətə ümid edə bilərlər. Hal hazırda varolan geostasionar peyk əlaqələri ortalama 300 millisaniyə siqnal gecikməsi təqdim edirlər. Qeyd etmək lazımdır ki, bu sahədə İngiltərənin OneWeb şirkətinin əsas rəqibi SpaceX şirkətidir. SpaceX şirkəti artıq Yer kürəsinin orbitinə 60 ədəd peyki göndərib. Lakin SpaceX hələki öz test nəticələrini təqdim etməyib.

Technote.az

Son xəbərlər
Digər xəbərlər