28 C
Baku
Tuesday, April 30, 2024

Özünüzdə nəyi dəyişdirmək istəyirsiniz? – Uğurlu şəxslərin məsləhətləri

Robert Iger: yuxudan tez durun

robert iger
Robert İger

“Disney” studiyasının baş icraçı direktoru hər gün səhər saat 4:30-da durur. Müvəffəqiyyətli insanlar bazar günü günortaya qədər yatmırlar. Tədqiqatlar göstərir ki, bizim beynimiz oyandıqdan sonra 2-4 saat ərzində daha aktiv olur. İstirahət günlərində yuxudan tez durun və bütün  dünya qarşısında bir addım öndə olacaqsınız. 

Benjamin Franklin: plan qurun

01 Benjamin Franklin
Benyamin Franklin

Çox güman ki, təsisçi hər səhər özünə sual verirdi: 

Müvəffəqiyyətli insanlar gündəlik vəzifələrin əhəmiyyətini başa düşürlər. İstirahət günləri də istisna deyil. Əlbəttə ki, istirahət günlərində istirahət etmək olar. Lakin bu o demək deyil ki, hər şeyi öz axarına buraxmalısınız. 

Timothy Ferriss: üzərinizə böyük yük götürməyin

Robert Ferriss
Robert Ferriss

Çoxları elə düşünür ki, daha çox tapşırıq yerinə yetirsələr, daha məhsuldar ola biləcəklər. Təəssüflər olsun ki, bu belə deyil. Müvəffəqiyyətli insanlar bilirlər ki, böyük yük effektivliyi və məhsuldarlığın azalmasına gətirib çıxarır. Ferriss gündə iki və ya üç vəzifə yerinə yetirməyi tövsiyə edir. 

Anna Wintour: aktiv olun

Anna Wintour
Anna Wintour

“Vogue” un baş redaktoru özünə hər gün tennis oynamağı söz verib. Və o tək deyil. Richard Branson kaytsörfinq ilə məşğul olur. Hindistanın ən imkanlı insanlardan biri marafonçudur. Müvəffəqiyyətli insanlar aktivliyin nə qədər vacib olduğunu başa düşürlər. Və istirahət günləri istisna deyil. 

Steve Jobs: prioritetləri müəyyən edin

Steve Jobs action figure portraitİstirahət günlərində iş və şəxsi həyat arasında harmoniya tapmağa çalışın. Dostlarla, sevgili ilə və ya ailə ilə vaxt keçirin. Bu gəlirlərin artmasına, karyera yüksəlişinə kömək edəcəkdir. ABŞ-ın prezidenti belə ailəsi ilə vaxt keçirməyə vaxt tapmaq üçün əlindən gələni edir. 

Warren Buffett: hobbi üçün vaxt tapın

warren buffett i
Warren Buffett

O, XX əsrin ən yaxşı investorlardan biri sayılır. Buffet asudə vaxtı gitarada musiqi çalmağı sevir. Çox vaxt müvəffəqiyyətli insanlar, maraqlı olan insanlar olurlar. Və hobbi bunu sübuta yetirir. Əlbəttə ki, şənbə günü golf oyunu sizə faydalı tanışlıqlar yaratmaq üçün vasitə ola bilər. Lakin “solo” hobbilər sizə stressdən qurtarmağa kömək edəcək. 

Oprah: sükut

oprah
Oprah

Forbes jurnalına görə, 2013-cü ilin ən nüfuzlu şəxsiyyətlərdən biri gündə iki dəfə 20 dəqiqə ərzində sükutda oturmaq üçün vaxt tapa bilir. Meditasiya məhsuldarlığı artırır, stressi azaldır və orqanizmi tonusda saxlamağa kömək edir. Çox vaxt istirahət günlərimiz daha “dolu” olur, çünki hər şeyi çatdırmaq istəyirik. Buna baxmayaraq, müvəffəqiyyətli insanlar 20 dəqiqəlik sükut üçün həmişə vaxt taparlar. 

Bill Gates: düşünmək üçün vaxt

bill gates net worth entity
Bill Gates

“Microsoft” şirkətinin təsisçisi deyib: uğuru qeyd etmək yaxşıdır, amma daha vacib olan məğlubiyyətlərdən dərs götürməkdir. 

Hər gün düşünün, istirahət günlərində belə. Bu, geriyə addım ataraq ötən həftəni qiymətləndirməyə kömək edəcək. 

Jack Dorsey: növbəti həftəyə hazır olun

twitter jack dorsey entrepreneurs
Jack

“Twitter” in təsisçisi gündə 16 saat işləsə də, şənbə günü istirahət edir. O gəzir. Sonra isə Bill Gates kimi növbəti həftəni planlayır. Müvəffəqiyyətli insanlar bilirlər ki, istirahət günləri peşəkar uğurun gizli silahıdır. Bazar günü hazır olun ki, bazar ertəsi gününə zərbə vura biləsiniz. 

Jay-Z: sürətinizi azaltmayın

jay z beyonce apeshit music video art references
Cey Z. və həyat yoldaşı Beyons

Bu məşhur repçi musiqi imperiyasını qurub. Onun fikrincə, heç vaxt rahatlamaq olmaz. Yatarkən belə. Tək istəklə müvəffəqiyyətli olmaq mümkün deyil. Uzun müddət ərzində işləmək lazımdır. Hətta istirahət günlərində. 24/7 il uğurun formuludur. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər